Əhməd Məsud: “Taliban“a müqavimət davam edəcək“

saytların hazırlanması

Evə çatdırılma

Əhməd Məsud: “Taliban“a müqavimət davam edəcək“

Dünya

02 Sentyabr 2021 11:00 1038


“Taliban” Əfqanıstan Milli Müqavimət Cəbhəsi ilə danışıqların uğursuz olduğundan Pəncşir və Andarabda hücumları başladıqlarını açıqlayıb. Həqiqət isə budur ki, “Taliban” bunu elan etməzdən əvvəl artıq Andarab və Pəncşirə hücumlar etmişdi”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud bildirib.

O deyib: “Taliban” danışıqlar zamanı yaratmaq istədikləri hökumətdə Əfqanıstan Milli Müqavimət Cəbhəsinə bir və ya iki yer ayırmaq niyyətində idi, biz isə Əfqanıstan və xalq üçün daha yaxşı bir gələcək yaratmağa çalışırıq. Dördpendirli pizza

Onilliklər davam edən mübarizədə biz həmişə Əfqanıstanın problemlərinin hərbi yolla həll edilməyəcəyinə inanırdıq, amma artıq “Taliban” müharibə yolunu seçdikdən sonra xalqımızı və torpaqlarımızı bütün gücümüzlə müdafiə edəcəyimizi və hüquqları təmin edəcəyimizi bəyan edirik".

Əfqanıstan xalqının, torpaqlarımızın parlaq gələcəyi üçün Pəncşir və Andarabda müqavimət göstərməyə davam edəcəyik və xalqımızın dəstəyi ilə tezliklə ölkənin digər bölgələrinə genişlənəcəyik. “Taliban” idarəçiliyini qətiyyən qəbul etməyin, mövcud problemlərdən xilas olacağıq”, - deyə Əhməd Məsud əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!