Əhmədinejadla bağlı müəmmalar:    “Öldü” iddiasından sonra...

saytların hazırlanması

Evə çatdırılma

Əhmədinejadla bağlı müəmmalar:  “Öldü” iddiasından sonra...

Dünya

04 Mart 2026 11:08 404


ABŞ-İsrail hücumu fonunda İranın sabiq prezidenti Mahmud Əhmadinejadla bağlı yayılan ölüm xəbərlərinə tərəfdarları münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, hücum zamanı onun yaşayış evinin hədəf alındığı və həyatını itirdiyi iddia edilmişdi. Lakin bir neçə gün davam edən möhtəkirliklərdən sonra keçmiş prezidentin mətbuat katibi beynəlxalq ictimaiyyətə açıqlama verərək bu məlumatları təkzib edib: “Cənab Əhmədinejadın öldürüldüyü xəbərləri həqiqəti əks etdirmir. O, sağdır və təhlükəsiz yerdədir”.

ISNA-nın yaydığı məlumata əsasən, Mahmud Əhmədinejad ABŞ-İsrail hücumunda öldürülən İranın Ali Rəhbəri Ayətullah Xamnəi üçün başsağlığı mesajı yayımlayıb. O, mesajında hücumu “ağır və görünməmiş” adlandıraraq, həlak olanların ailələrinə və İran xalqına dərin hüznlə başsağlığı verib. Marqarita pizza

Mahmud Əhmədinejad 2005-ci ildə keçirilən prezident seçkilərində qalib gəlib və 2013-cü ilə qədər iki müddət bu vəzifəni icra edib.

 İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!