Əkbər Hacıyevdən ciddi dəyişiklik: “Azəriqaz”da ixtisarlar başladı

saytların hazırlanması

Evə çatdırılma

Əkbər Hacıyevdən ciddi dəyişiklik: “Azəriqaz”da ixtisarlar başladı

İqtisadiyyat

27 İyun 2019 19:00 2973


“Azəriqaz" İstehsalat Birliyində struktur və kadr dəyişikliyi başlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə qurumdan Mia.az-a verilən məlumata görə, Birlik sədri Əkbər Hacıyevin 14 may 2019-cu iil tarixli "Təşkilatı strukturlarda və ştat cədvəlində dəyişiklik haqqında" əmrinə əsasən, bir sıra idarə və müəssisələrdə işçilərlə məcburi ərizə yazdırılır:

"Nəticə etibarı ilə qaz istismar sahələrində növbəli iş rejimində işləyən operator və çilingərlər hədə-qorxu nəticəsində öz xahişləri ilə istismardan işdən çıxmaları barədə ərizə yazdılar. Onları başqa bir quruma isə guya ki, yenidən götürdülər. Halbuki, 8 cilingərdən 4-ü faktiki işdən çıxarıldı". pizza

Məlumata görə, qeyd edilən əmrlər bir çox mühəndis və digər ştatlar da ləğv olunub.

Ən diqqətçəkən ixtisar isə Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsinin ixtisara salınmasıdır: "Sizə təqdim etdiyim həmin əmrin surətində bütün ixtisarlar, yeni ştat vahidlərinin yaradılması detalları var. Diqqətçəkən budur ki, Əkbər Hacıyev bu əmri ilə uzun illər müavini olan, deputat Hüseynbala Mirələmovun bacısı oğlu Fikrət Sucayevi də vəzifədən çıxardı. Görünür, onun Fikrət Sucayevdən yaxa qurtarmağa çalışması barədə deyilənlər həqiqət imiş".

Əkbər Hacıyevin əmrini çox şərh etmədən olduğu kimi oxuculara təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!