Eks-prezident intihara cəhd edib

saytların hazırlanması

Evə çatdırılma

Eks-prezident intihara cəhd edib

Dünya

22 Avqust 2021 11:07 961


Boliviyanın keçmiş prezidenti biləyini kəsməklə intihar etmək istəyib.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bunu hazırda həbsdə olan eks-dövlət başçısının vəkili Norka Solar bildirib.

Onun sözlərinə görə, Janin Anyesin sol biləyində üç kəsik var. "Hazırda müvəkkilim həkim nəzarəti altındadır" pizza

Janin Anyes bu ilin əvvəlində, Boliviyanın keçmiş prezidenti Evo Moralesə qarşı 2019-cu ildə çevrilişində dövlət çevrilişində iştirak və sui-qəsd ittihamı ilə həbs edilib.

Həmin dövrdə parlament sədri olmuş Anyes siyasi repressiyaların qurbanı olduğunu bildirib və ittihamları rədd edib.

Boliviyanın daxili işlər naziri Eduardo Del Kastilyo intihar cəhdindən sonra məhbusun hazırda vəziyyətinin stabil olduğunu təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!