Əlcəzairin keçmiş prezidenti Əbdüləziz Butefliqa 84 yaşında vəfat edib.
Yenisabah.az “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, Butefliqa xalq etirazlarından sonra istefaya getmək məcburiyyətində qalıb.
O, 1999-cu ildən 2019 -cu ilə qədər 20 il Əlcəzairin prezidenti olub. pizza hut
Bundan əvvəl ölkənin xarici işlər naziri vəzifəsini daşıyıb.
Butefliqa 2013-cü ildə insult keçirib və o vaxtdan bəri nadir hallarda ictimaiyyət qarşısına çıxıb. Ancaq 2018-ci il seçkilərində iştirak etməyə israr edib.
Butefliqanın devrilməsindən sonra ilk parlament seçkiləri bu il iyunun 12-də baş tutub.
Telegram kanalımız