“Əksər məmurlar bu gün də rusca danışır” – Onlar kimə “2-ci növ insan” deyir?

saytların hazırlanması

Evə çatdırılma

“Əksər məmurlar bu gün də rusca danışır” – Onlar kimə “2-ci növ insan” deyir?

Sosial

13 Mart 2025 17:16 1080


“Mən nazir olduğum dövrdə rus dili ikinci ana dili idi. Azərbaycandilli məktəblərdə Azərbaycan dilinə ayrılan saat qədər rus dilinə də saat ayrılırdı. Bunu çətinliklə dayandıra bildik. 20 minə qədər müəllim işsiz qalmaq problemi ilə üz-üzə gəldi. Onları dəfələrlə qəbul etdik və məsələni yoluna qoyduq”.

Yenisabah.az xəbər verir ki, bu barədə TV Musavat-a müsahibəsində keçmiş təhsil naziri Misir Mərdanov danışıb.

O qeyd edib ki, bu gün belə bir çox yüksək vəzifəli şəxs iş yerində rusca danışır: Dominos pizza

“Onlar hesab edir ki, bu elitarlıqdır. Hətta rus dilində danışmayanlara bəzən ikinci növ insan kimi yanaşanlar var. Düşünürəm ki, hər kəs öz ana dilində danışmağı bacarmalıdır. Bacarmırsa, ona həmin ölkənin vətəndaşı demək olmaz.

Təəssüf ki, bu gün də belə insanlar var. Mən günahı yenə özümüzdə görürəm. Bir çox halda həmin adamları qınamırıq. Üzünə vurmuruq ki, sən niyə öz ana dilində danışa bilmirsən?”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!