Ekspert “beyni öldürən” qidaları sadaladı – “Onlardan uzaq durun!”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert “beyni öldürən” qidaları sadaladı – “Onlardan uzaq durun!”

Sağlamlıq

02 Mart 2024 13:14 4488


“Beynimizin sağlamlığını qorumaq üçün əvvəlcə zərərli ola biləcək qidaları tanımalıyıq”.

Bu sözləri “Yeni Sabah”a qida eksperti Fərid Səfərov deyib.

O qeyd edib: “Fərqində olmadan, məlumatsız şəkildə, ya da bilsək də əhəmiyyət vermədən "beynimizi yavaş-yavaş öldürən" qidaları qəbul edirik və asanlıqla onlardan asılı vəziyyətə düşürük. Bu da yaş artdıqca sağlamlığımızın itirilməsi ilə nəticələnir. pizza

"Beynimizi öldürən qidalar" dedikdə bunları sadalamaq doğru olar:

- şəkər və şəkər məhsulları

- fast food

- qızardılmış qidalar.

- işlənmiş qidalar

- çox duzlu qidalar

- işlənmiş proteinlər

- trans yağlar

- süni dadlandırıcılar

- alkoqol

Bu cür qidalanma vərdişlərini həyatımızdan çıxartsaq, faydasını görməyə başlayacağıq”.

Bəs, beyin sağlamlığımız üçün necə qidalanmalıyıq?

Ekspert bu sualı belə cavablandırıb: “İlk növbədə, düzgün qida rasionu təyin etməliyik. Tərkibi Omega-3 yağ turşusu, B, C, E, D vitamini, antioksidant, proteinlə zəngin qidaları rasiona daxil etmək lazımdır. Bundan əlavə, sarıkök, darçın; yağlı toxumlar - qoz, badam, fındıq, kətan toxumu, qarazirə; yaşıl yarpaqlı tərəvəzlər, kök, brokoli, çuğundur; avokado, portağal; qırmızı meyvələr; yağlı balıqlar, qırmızı ət və toyuq əti; yumurta sarısı; tam taxıllar, paxlalılar, qarabaşaq, bulqur və s. qidalardan istifadə etmək beynimizin inkişafına görə olduqca faydalıdır.

Normal yuxu, stresdən uzaq durmaq və fiziki aktivlik də beynimiz üçün olduqca vacibdir. Sağlam qidaları doğru miqdarda qəbul edərək sağlamlığımızı qorumaq öz əlimizdədir”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!