“Əl-Qaidə” Trampı təhdid etdi

saytların hazırlanması

Evə çatdırılma

“Əl-Qaidə” Trampı təhdid etdi

Dünya

18 Noyabr 2024 13:30 454


ABŞ-ın 1 nömrəli terror təşkilatı elan etdiyi “Əl-Qaidə” yeni prezident seçilən Donald Trampı təhdid edib. Təşkilatın Ərəbistan yarımadasında (Yəmən) yerləşən eyniadlı qolu Trampın müsəlmanlarla bağlı populist çıxışlarına görə cəzalandırılacağını açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, son illər aktuallığını itirdiyi iddia edilən “Əl-Qaidə” Şimali Afrika, Ərəbistan yarımadası, Vəziristan (Pakistan) və İraq kimi ərazilərdə getdikcə güclənməkdədir. Sözügedən bölgələrdə yerli radikal təşkilatlara silah və logistik dəstək təmin edən təşkilat, tez-tez ABŞ-ın dron hücumları ilə zərbə alsa da, gücünü hələ də saxlayır.

“Əl-Qaidə”nin əvvəlki kimi 11 sentyabr bənzər irimiqyaslı terror aktları keçirə biləcəyini istisna etmir. Yaxın Şərqdəki zəif dövlət hakimiyyətləri terror təşkilatı üçün olduqca əlverişli fürsətlər yaratmaqdadır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!