Elçin Əlibəyli: “Qardaşım aldığı güclü travmadan dünyasını dəyişdi”

Elçin Əlibəyli: “Qardaşım aldığı güclü travmadan dünyasını dəyişdi”

Sosial Veb saytların hazırlanması

23 Mart 2023 20:20 70247


“Qardaşım aldığı güclü travmadan dünyasını dəyişdi”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevlə dəfn mərasimi zamanı qardaşı tanınmış teleaparıcı Elçin Əlibəyli deyib.

E.Əlibəyli Oqtay Əliyevin ürək xəstəliyindən əziyyət çəkmədiyini qeyd edib:

“Böyük itkidir. Ən son iki gün öncə görüşmüşdük. Hadisədən bir saat öncə xeyli telefonla danışdıq. O, mənim böyük qardaşım idi. Atamdan sonra böyüyüm o idi.

Ürək xəstəliyindən əziyyət çəkmirdi. Əsaslanmamış məlumat yayıblar. Qardaşım heç bir əməliyyat keçirməyib. Patoloji Anatomiya Birliyindən aparılan araşdırmadan da məlum olub ki, ürəyində heç bir qüsur olmayıb . Nə olubsa, qəflətən olub. Aldığı güclü travmadan dünyasını dəyişib”.Yenilik.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!