Eldar Əzizov hadisə yerində

saytların hazırlanması

Evə çatdırılma

Eldar Əzizov hadisə yerində

Sosial

05 Aprel 2026 12:43 7882


Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb.

“Yeni Sabah”ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar.

Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər. Toyuqlu pizza

Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini birbaşa dinləyib, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.

Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!