Eldar Əzizov təmir üçün şirkət axtarır

saytların hazırlanması

Evə çatdırılma

Eldar Əzizov təmir üçün şirkət axtarır

Sosial

17 Mart 2019 15:37 863


Bakı Şəhər İcra Hakimiyyəti şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üçün tender elan edib.

“Yeni Sabah” xəbər verir ki, birinci lotda Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üçün şirkət tələb olunur.

İkinci lotda məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması, üçüncüdə isə sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı tikintisi və təmirinin satınalınması nəzərdə tutulur.  pizza sifarişi

Tenderdə iştirak etmək istəyənlər 1 və 2-ci lot üçün 750, 3-cü lot üçün 400 manat iştirak haqqı ödəməlidirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!