Eldar Sultanov üçün özəl gün

saytların hazırlanması

Evə çatdırılma

Eldar Sultanov üçün özəl gün

Sosial

16 Mart 2019 16:28 2255


Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 56 yaşı tamam olur.

"Yeni Sabah" xəbər verir ki, Eldar Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. O, orta təhsilini 1969-1979-cu illərdə alıb. Daha sonra o, ali təhsil alaraq iki ixtisasa sahib olub.

Belə ki, E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb. Sezar pizza

2008-ci ildən isə E.Sultanov Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir.

Bu müddət ərzində o, prokurorluq orqanlarının, ilk növbədə Baş Prokurorluğun kütləvi informasiya vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığına nail ola bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!