Elgiz: Yas mərasiminə lümlüt gəlmişdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Elgiz: Yas mərasiminə lümlüt gəlmişdi - Video

Şou

07 Noyabr 2023 13:40 5127


Aparıcı Elgiz Əkbər yas mərasiminə açıq-saçıq geyimdə gələn sənətçidən danışıb.

Yenisabah.az xəbər verir ki, o, hadisənin mərhum Xalq artisti Hacıbaba Bağırovun yas mərasimində yaşandığını bildirib:

"Mən o qadının adını çəkməyəcəyəm. Çünki ona hörmətim var. Amma yas mərasiminə elə bir formada gəlmişdi ki... Şok oldum. Təkcə mən yox, mərasimdə olanların hamısı onu bu halda görüb ağzı açıq qalmışdı. Toyuqlu pizza

Orada bütün sənət adamları vardı. Birdən qapı açıldı, bu qadın içəri girdi. Hamı səsini kəsdi. Hətta ağlayanlar da ağlamağını dayandırdılar, çönüb içəri girən qadına baxdılar.

İnanırsınız, ağzımız açıq qaldı ki, bu nədir? Həmin qadın sənətçi yas mərasiminə demək olar ki, lümlüt gəlmişdi. Adını açıqlamaq istəmirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!