Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi

Siyasət

15 Oktyabr 2024 20:59 2647


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin idarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.

Yenisabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sübhan Kazımov 4 sentyabr 2024-cü il tarixindən idarə heyəti sədrinin müşaviri təyin olunub.

"Azərpoçt" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib. Sezar pizza

Qeyd edək ki, ötən ay Sübhan Kazımov "Azərpoçt" MMC-nin idarə heyətinin üzvlüyündən azad edilib.

O, 2022-ci ilin may ayına qədər "Azərpoçt" MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra idarə heyətinin üzvü olub.

Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!