Əli Əsədov İranın prezidenti ilə görüşdü – Bakıya gələcək

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov İranın prezidenti ilə görüşdü – Bakıya gələcək

Siyasət

31 İyul 2024 10:35 1096


Tehrana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Nazirlər Kabinetindən “Yeni Sabah”a bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib. pizza hut

Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!