Əli Əsədov ukraynalı həmkarını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov ukraynalı həmkarını təbrik etdi

Siyasət

24 Avqust 2024 14:41 538


Azərbaycan Baş naziri Əli Əsədov Ukraynanın Baş naziri Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, məktubda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğu bildirilib. Dominos pizza

Vurğulanıb ki, iki xalqın iradəsindən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur.

Həmçinin, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!