Əli İnsanov iqtidarla anlaşıb – Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Əli İnsanov iqtidarla anlaşıb – Şok iddia

Siyasət

03 May 2019 19:53 1890


“Əli İnsanovun müsahibəsinin qaragüruhçu qüvvələrin verdiyi açıqlamalardan bir fərqi var. O da ondan ibarətdir ki, Qarabağın azadlığı üçün “hədə-qorxu ritorikasından imtina edilməli, problem yalnız və yalnız danışıqlar yolu ilə həll olunmalıdır” sözüdür”. 
“Yeni Sabah” xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, bu tezis hazırda iqtidara çox lazımdır. “Çünki bizim kimi çoxlu insan düşünür ki, Qarabağın işğaldan azad olunması üçün əlverişli şərait var və hakimiyyət qətiyyətli addımlar atmalıdır. 
Ona görə də son vaxtlar bu tipli çağırışlar artmaqdadır. “Demokratiya olacağı halda Qarabağ ermənilərinin Azərbaycanı seçəcəyini” bəyan etmək isə tapşırığı ıcra etmək çarəsizliyindən qaynaqlanır. Qarabağ uğrunda ən qanlı savaş dünyanın demokrat kimi qəbul etdiyi Ter-Petrosyan və Elçibəyin prezidentliyi dövründə olub. Bu münaqişə bir dövlətin digər dövlətə ərazi iddiasından qaynaqlanır. O zaman qoy bir çoxlarının bəh-bəh dediyi demokrat Paşinyan mövqeyini dəyişsin. O isə əvvəlkilərdən daha sərt mövqe sərgiləyir, işğal altındakı torpaqlarımızı daha sürətlə məskunlaşdırır. 
Zənnimcə, Əli İnsanov iqtidarla anlaşıb. Əlbəttə, kimsə düşünə bilər ki, o, ermənipərəst Qərb dairələrinin dəstəyini almaq üçün belə edir. Düşünürəm bunun əsası yoxdur. O halda İnsanov bəyan etməli idi ki, o, Azərbaycanı Türkmənistan edəcək. Yalnız bu halda Qərbdən ciddi dəstək ala bilər. Yaxud düşünə bilər ki, xalq müharibə istəmir. O halda da dövlətinin gələcəyini düşünən müdrik dövlət adamının əsas vəzifəsi xalqı müharibəyə hazırlamaq və onu torpaqları uğrunda vuruşmağa məcbur etmək olmalıdır. Tezliklə əlahəzrət zaman mənim nə dərəcədə haqlı olub olmadığımı təsdiq edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!