Əli İnsanovun məhkumluğu götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Əli İnsanovun məhkumluğu götürüldü

Siyasət

06 Sentyabr 2024 15:12 426


Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun məhkumluğunun götürülməsi ilə bağlı müraciəti üzrə məhkəməsi keçirilib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun müraciəti təmin edilərək məhkumluğunu üzərindən götürülüb. pizza hut

Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Azadlığa çıxmağına az qalmış Əli İnsanov barəsində narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb.

2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!