VI çağırış Milli Məclisin deputatı Əli Məsimli sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olmaq istəyir.
Bu barədə deputat Əli Məsimli Modern.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, əvvəlki seçki dairəsindən namizədliyiini irəli sürəcək. Dördpendirli pizza
“Təbii ki, seçkilərdə iştirak etmək barədə düşünürəm. Biraz dislokasiyada fərqli olsa da, əvvəlki seçki dairəsindən namizədliyimi verəcəm. Əvvəl Şəkidə dairə vardı: 113 Şəki şəhər, 114 Şəki kənd Birinci seçki dairəsi və 115 Şəki kənd ikinci seçki dairəsi. Dislokasiya fərqi oldu. 114-cü seçki dariəsinin bir hissəsi Qaxla birləşdi. Yeni seçki dairəsi əmələ gəldi. Demək olar ki, bir hissəsi dəyişmək şərtilə əvvəlki seçki dairəsindən 113-cü Şəki Şəhər seçki dairəsindən namizəd olacam. Çünki bu seçki dairəsi mənim üçün daha münasibdir. Yaxın günlərdə namizədliyimi rəsmi surətdə təqdim edəcəm”,-o deyib.
Telegram kanalımız