Əli Mirəliyev: “Məni tənqid edənlərin başı yaxşı işləmir”

saytların hazırlanması

Evə çatdırılma

Əli Mirəliyev: “Məni tənqid edənlərin başı yaxşı işləmir”

Şou

04 Noyabr 2023 15:56 952


Son günlər müğənni Əli Mirəliyev televiziya efirində yaratdığı səs-küy, bayağı çıxışları ilə izləyicilərin tənqid hədəfinə çevrilib.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə linç edilən müğənni bir neçə gündür, həmkarı Roza Zərgərli barədə səsləndirdiyi fikirlərə görə də tənqid olunur.

“Künc-bucaq” layihəsinin qonağı olan Ə. Mirəliyev müsahibəsində “Roza mənim həyatımdır, o olan yerdə mən danışmıram, “pas” gedirəm”, o danışanda mən ürəyimdə onun qadasını alıram” sözlərini deyib. Sezar pizza

Ə.Mirəliyevi tənqid edənlər onun hay-küy salmaqla qəsdən şou yaratdığını, efirlərə çıxmasına zərurət olmadığını deyirlər. 

Müğənni bununla bağlı deyib: “Roza Zərgərli ilə şou yaratmıram. Roza Zərgərli mənim çox istədiyim xanımdır. Roza mənim həyatımdır, sevdiyim insandır, əziz dostumdur. Mən şoumenəm ki şou yaradım? Bunu deyənlərin başı yaxşı işləmir. Oxuya bilməyən “Elgizlə izlə”verilişinə gəlir, görürəm ki, zəif oxuyur. Sadəcə, oxuya bilməyənə deyirəm ki, oxuya bilmir. Bunun nəyi şoudur? Bəyəm kiminsə ailə işinə qarışıram?”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!