İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə paytaxt Tehranda keçirilməsi nəzərdə tutulan vida mərasimi təxirə salınıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, Tehran məscidində bu gün 22:00-da keçiriləcək mərasim ləğv olunub. pizza mizza
Məlumata görə, vidada ölkənin bütün bölgələrindən milyonlarla insanın iştirakı gözlənilir. Lakin bunun üçün zəruri infrastruktur təmin olunmayıb. Bu səbəbdən proqram başqa vaxta keçirilib.
Əli Xamenei ilə vida mərasiminin bu gün Tehran məscidində başlayacağı və 3 gün davam edəcəyi bildirilmişdi.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.
Aytac Əliyeva
Telegram kanalımız