Əli Xameneinin iqamətgahı yaxınlığında partlayış -   Özünün taleyi məlum deyil

saytların hazırlanması

Evə çatdırılma

Əli Xameneinin iqamətgahı yaxınlığında partlayış - Özünün taleyi məlum deyil

Dünya

28 Fevral 2026 10:58 440


İsrail ordusu İran paytaxtı Tehrana zərbələr endirib.

“Yeni Sabah” xəbər verir ki, İranın Ali rəhbəri Əli Xameneinin iqamətgahı yaxınlığında da partlayışlar olub.

İran dövlət televiziyası partlayışı təsdiqləyib, lakin səbəbini açıqlamayıb. Əli Xameneinin həmin vaxt ofisdə olub-olmadığı məlum deyil. Toyuqlu pizza

Son günlər ABŞ ilə gərginliyin artması səbəbindən o, ictimaiyyət qarşısında görünməyib.

İsrail Müdafiə Naziri İsrael Katz açıqlayıb ki, hücum “təhlükələri aradan qaldırmaq” məqsədilə həyata keçirilib. Nazir əlavə edib ki, İsrail ərazisində fövqəladə vəziyyət elan olunub, vətəndaşlar qorunan ərazilərdə qalmalı və arxa cəbhə komandanlığının göstərişlərinə əməl etməlidirlər.

İsrail mediasının məlumatına görə, əməliyyat ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilir və məqsəd potensial raket və pilotsuz uçuş aparatları hücumlarının qarşısını almaqdır.

Tehranda şahidlər partlayış səslərini eşidib və şəhərdən qalxan tüstü müşahidə olunub. İran rəsmiləri hələ hadisənin səbəbləri və nəticələri barədə rəsmi açıqlama verməyib.

“Reuters”in xəbərinə görə, İranın Ali rəhbəri Əli Xamenei paytaxt Tehranda deyil. O, təhlükəsiz yerə köçürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!