Əliağa Vahidin 68 yaşlı qızı Firəngiz xanımın sosial vəziyyətinin acınacaqlı vəziyyətdə olması barədə yayılan görüntülər müzakirələrə səbəb olub.
Tarzən Humay Qədimovanın çəkdiyi görüntülərdən məlum olub ki, Firəngiz xanım işsizdir, təmirsiz evdə tək yaşayır. H. Qədimova xanəndələrə və meyxanaçılara səslənərək, onlardan Firəngiz xanıma yardım etmələrini istəyib. Müzakirələr zamanı meyxanaçıları tənqid edənlər bildiriblər ki, onların əksəriyyəti Əliağa Vahidin qızının vəziyyətindən xəbərdardırlar...
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu meyxanaçı Namiq Məna bu barədə danışıb: Toyuqlu pizza
“Sözün açığı, bu məlumatlardan xəbərim yox idi. 1989-1994-cü illərdə universitetdə təhsil alarkən eşitmişdim ki, Əliağa Vahidin Firəngiz xanım adında qızı, Ramiz adında oğlu var. Ramiz İsgəndərovun dünyasını dəyişdiyini bilirəm. Amma Firəngiz xanım haqqında ciddi mənbələrdən məlumatım yox idi ki, sağdır, yoxsa dünyasını dəyişib. İndi siz deyirsiniz, eşidirəm.
Meyxanaçılara müraciət etməsindən də xəbərim yoxdur. Hazırda şəhərdən kənardayam. Qayıdandan sonra ciddi şəkildə Allahın izni ilə maraqlanacağam. Yəqin ki, nəticəsi olar”.
Telegram kanalımız