Əlilliyi olan şəxslərin müavinəti artırılacaq? – DEPUTAT AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Əlilliyi olan şəxslərin müavinəti artırılacaq? – DEPUTAT AÇIQLADI

Sosial

05 Mart 2025 17:08 21702


2025-ci il ərzində bir çox sosial müavinətlərin və təqaüdlərin artırılması gözlənilir. Bu istiqamətdə ölkə başçısı ötən ilin dekabrında müvafiq sərəncam imzalayıb. Əsas sual doğuran məsələ anadangəlmə əlilliyi olan şəxslərin müavinətləri ilə bağlıdır. Ötən il bir çox müavinətlərdə artımlar müşahidə edilsə də, bu müavinət artırılmayıb.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan deputat Vüqar Bayramov ildirib ki, Nazirlər Kabineti bu mövzuda təkliflərini mart ayının ikinci yarısında ölkə başçısına təqdim edəcək:

“Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti həmin sənəd imzalandıqdan sonrakı 3 ay müddətdə təkliflərini dövlət başçısına təqdim etməlidir. Yəni bu o deməkdir ki, sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabineti martın ikinci yarısında təkliflərini Prezidentə təqdim edəcək. Daha sonra sənəd imzalanır, sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçirilir".  pizza sifarişi

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sahin
    Inanan dasa donsun
    1 year ago
  • Ceyhun
    Hər şey qalxır bir veteranların 80 manatından başqa mənə çatmır ki bu müharibə iştirakçılatı nə edib ki hələdə 80 manat qalxamayıb
    1 year ago
  • Sara
    Hede,uzada-uzada 2025-de biter..Ölme eşeyim ölme,yaz geler yonca biter meseli..
    1 year ago