Əlilliyin müəyyən olunması üçün yeni təklif

Əlilliyin müəyyən olunması üçün yeni təklif

Sosial

03 Mart 2019 16:03 851


Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova əlilliyin qruplara görə deyil, şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən edilməsinini təklif edir.

Bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.

Məruzədə təklif edilir ki, əlillik şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən edilsin və buna uyğun müvafiq sosial dəstək tədbirləri həyata keçirilsin.

Bununla yanaşı, sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin real tələbatına uyğunlaşdırılması təklif edilir.

Ombudsman həmçinin təklif edir ki, əlilliyi olan uşaqların ehtiyaclarının digərlərindən fərqli olduğu nəzərə alınaraq, ailə başçısını itirmiş və əlilliyi olan uşaqlara hər iki hala görə müavinət verilsin.

O, "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklərin edilməsini təklif edir.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!