Əliyar Ağayev Yunanıstanda qırmızı vərəqə göstərdi, penalti təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Əliyar Ağayev Yunanıstanda qırmızı vərəqə göstərdi, penalti təyin etdi

İdman

01 May 2023 12:55 897


Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının 33-cü turunda keçirilən PAOK - “Aris” oyununu idarə edib. 

Yenisabah.az xəbər verir ki, ötən gün keçirilən oyunda PAOK 3:2 hesablı qələbə qazanıb. 

Ağayev bu görüşdə 7 futbolçuya sarı, 1-nə isə qırmızı vərəqə göstərib. O, görüşün 90+3-cü dəqiqəsində "Aris"in oyunçusu Abubakar Kamaranı 2-ci sarı vərəqə ilə meydandan qovub. Ağayev 62-ci dəqiqədə "Aris"in qapısına penalti də təyin edib.  pizza

Xatırladaq ki, Əliyar Ağayev bu mövsüm Yunanıstan kubokunun "Olimpiakos" - "Aris" (2:1) görüşünün də baş hakimi olmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!