Əliyevin bütün tələbləri qəbul edildi - Ovannisyan sirrləri açdı

saytların hazırlanması

Evə çatdırılma

Əliyevin bütün tələbləri qəbul edildi - Ovannisyan sirrləri açdı

Siyasət

16 Avqust 2024 22:42 1552


Bakı və İrəvan Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı razılaşıb, buna əminəm.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

“Görünən odur ki, Qərbin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan təmasları olub və müəyyən razılaşmalar əldə edilib. Strateji razılaşmanın da əldə edildiyinə dair etibarlı məlumatım var”, - ekspert bildirib. pizza hut

Ovannisyanın sözlərinə görə, Prezident İlham Əliyevin bütün strateji tələbləri qəbul edilib və yerinə yetiriləcək. O, bura dəhlizin açılması və anklavların təhvil verilməsi məsələləri ilə yanaşı, Ermənistandan (Qərbi Azərbaycan) olan qaçqın soydaşlarımızın geri qaytarılmasının da daxil olduğunu söyləyib.

“Əliyevin strateji tələbləri qəbul edilib: dəhlizin açılması, qaçqınlar və anklavların qaytarılması və sair. Mümkündür ki, tənzimləmələr fərqli keyfiyyətdə olsun”, - Ovannisyan əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!