Elnarə: “Hər yoldan, küçədən keçəni pul alıb...“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Elnarə: “Hər yoldan, küçədən keçəni pul alıb...“ - Video

Şou

06 Aprel 2022 17:04 518


Əməkdar artist Elnarə Xəlilova bayağı musiqi ifaçılarından danışıb. Buna görə o, telekanalları qınaq atəşinə tutub.

Yenisabah.az xəbər verir ki, MTV telekanalında yayımlanan “Üzə Düz” proqramının qonağı olan sənətçi qeyd edib ki, tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyəti məhz televiziyalar daşıyır:

“Hər yoldan, küçədən keçəni pul alıb efirə çıxartdılar.Tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır. Bütün günü radioları dinləyirəm. Gəlin monitorinq keçirək. Görün radiolarda bircə bayağı musiqi eşidə bilərsiniz? Bu, mümkün deyil. Radiolar öz simalarını qoruyub saxladılar, amma təəssüf ki, telekanallar barədə bunu deyə bilməyəcəm. Bəlkə, pul, reytinq xatirinə bunu edirlər? Bilmirəm. Pepperoni pizza

Bayağı musiqi bir yana, istəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək. Verilişə baxılası deyil. Nə aparıcı, nə qonaq danışığını bilir”.

Sözügedən hissəni verilişin 20-ci dəqiqəsindən etibarən izləyə bilərsiniz:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!