Müğənni Elnarə Xəlilova həmkarlarına söz atıb.
Yenisabah.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında paylaşım edərək ad çəkmədən sənətçiləri sancıb:
"Həqiqətən də kiminin əvvəli, kiminin axırı. Birinin iki ali təhsili var, biri də heç orta məktəbi düz-əməlli bitirə bilməyib. Birinin göstərə biləcəyi sənət o qədər zəngindir ki, onun özünütəsdiqə, ümumiyyətlə, ehtiyacı yoxdur. Biri də əməliyyat olunmuş saxta "paxlava"larını göstərib, o qədər rişxənd edir ki, gəl görəsən. Çünki daxili boş olanlar hər zaman zahirən süslənməyə ehtiyac duyacaq. Başqa göstərə biləcəyi heç nəyi yoxdur. Əksinə, daxili zəngin olanların göstərmək istədiyi yalnız sənətdir". Pepperoni pizza
Telegram kanalımız