Elnur Əşrəfoğlu “Qarabağ” - “Kayrat”oyunundan əvvəl anıldı

saytların hazırlanması

Evə çatdırılma

Elnur Əşrəfoğlu “Qarabağ” - “Kayrat”oyunundan əvvəl anıldı

İdman

21 Oktyabr 2021 19:52 849


Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi "Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl anılıb.

Yenisabah.az xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" oyunu bu gün saat 20:45-də başlanacaq. pizza

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!