Elon Maskın zarafatı: ““MYU“-nu almıram“

saytların hazırlanması

Evə çatdırılma

Elon Maskın zarafatı: ““MYU“-nu almıram“

İdman

17 Avqust 2022 17:17 976


Amerikalı milyarder İlon Mask bu gün səhər saatlarında "Mançester Yunayted” klubunun səhmlərini alacağı barədə öz Tviter səhifəsində paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, daha sonra o bunun bir zarafat olduğunu bildirib. Mask ondan məlumatı dəqiqləşdirmək istəyən sosial şəbəkə istifadəçisinə deyib: "Xeyr, bu, "Twitter" zarafatıdır. Mən heç bir idman klubunu almıram”.

Qeyd edək ki, Elon Mask Tviterdə heç bir razılaşma şərtlərini açıqlamadan “Mançester Yunaytedi alıram” başlıqlı post paylaşmışdı. pizza

Xatırladaq ki, 2005-ci ilin mayında amerikalı iş adamı Malkolm Qleyzer “Mançester Yunayted”in təxminən 1,47 milyard dollar dəyərində nəzarət paketini alıb. Bir neçə gün sonra o, öz payını 75%-ə çatdırıb ki, bu da kluba tam nəzarət deməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!