Elxan Məmmədov Aslan İsmayılovdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Elxan Məmmədov Aslan İsmayılovdan danışdı

Hadisə

02 Fevral 2022 14:27 882


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov tanınmış vəkil Aslan İsmayılovu məhkəməyə vermələrinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Məmmədov bu gün keçirilən mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib:

“Həmin şəxs sosial şəbəkədə  AFFA rəhbərliyini, işçilərini əsassız ittiham etmişdi. Sübutsuz, əsas olmadan belə açıqlamalar qeyri-peşəkarlıq deməkdir. Biz də susa bilmərik. Tanınmış insandır, televiziyalara çıxır, tez-tez açıqlama verir. Bu üzdən belə ittihamlar biz tərəfdən qəbul olunmur. AFFA əməkdaşlarının əksəriyyəti onu fərdi olaraq məhkəməyə vermək istəyirdi. Dedik ki, lazım deyil, qurum olaraq iddia qaldırdıq və məhkəməni udduq. Əsassız kimsə kimisə ittiham edirsə, cavab verməlidir. Məhkəmə işi də təxminən 3 ay sürdü. Mən düşünürdüm ki, niyə belə uzun çəkdi? Məhkəmə yəqin ki, sübutları, əsasları gözləyirdi. Sonda düzgün, ədalətli qərar qəbul etdi”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!