Elxan Məmmədov Gianni İnfantino ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Elxan Məmmədov Gianni İnfantino ilə görüşdü

İdman

23 Fevral 2022 18:24 557


Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında beynəlxalq futbol təşkilatının prezidenti Gianni İnfantino ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüş zamanı E.Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından  G.İnfantinoya ötən il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə - Türkiyə oyununu izləməsi ilə əlaqədar bir daha minnətdarlığımı bildirib.

Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib. Pepperoni pizza

Elxan Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!