Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında oldu

saytların hazırlanması

Evə çatdırılma

Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında oldu

İdman

30 Sentyabr 2021 15:26 715


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub.

Yenisabah.az AFFA-ya istinadən xəbər verir ki, E.Məmmədov “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovla birlikdə akademiyada hazırlıq keçən uşaqlarla görüşüb.  “Qəbələ” Futbol Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən icraçı vitse-prezident yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib.

Görüş çərçivəsində akademiyanın gələcək fəaliyyəti və futbolun inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub. pizza mizza

Xatırladaq ki, "Qəbələ" Futbol klubunun Premyer Liqada çıxışı və akademiyanın fəaliyyəti ilə bağlı mövsümün əvvəlində AFFA tərəfindən kluba maliyyə yardımı göstərilib.

Mehri Qurban 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!