Elzanın qızıтdan ağır sözlər: “Naxələf murdarlar!“

Elzanın qızıтdan ağır sözlər: “Naxələf murdarlar!“

Şou Veb saytların hazırlanması

18 Sentyabr 2023 11:43 522


Əməkdar artist Elza Seyidacah nəvəsi Səmərruxu birinci sinfə yola salıb. Müğənni məktəbdən çəkilən fotoları izləyiciləri ilə bölüşüb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolara çoxsaylı şərhlər yazılıb. Bəziləri Seyidcahanın qızı Gülşənin bəstəboyluğuna lağ edib və onu ələ salıb.

Sənətçinin qızı isə yazılan rəylərə səssiz qalmayıb. O, şərhlərə sərt cavab verib:

"Nə gözəl ki, məni məktəbliyə bənzətdiniz. Bundan heç bir xanıma gözəl tərif ola bilməzdi. Cavan ana, həm qız, həm də igid oğul anası, əlbəttə, hisslərinizi başa düşürəm, bəzilərinin layiq ola bilmədiyinə Allah məni layiq bilib, həyatın ən gözəl nemətlərini verib, övlad payı verib, ana edib. Ucaboy olmağı heç arzulamıram da. Həmişə övladlarımın yanında onlara rəfiqə, bacı, dost və ən gözəl ana olacağam, amma sizin kimi uzun, ağlı dabanında olmayacam. Bir körpə balanın məktəbə gedişinə xoş söz yazmayan naxələf murdarlar!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!