Elzanın bacısı boşanmasından danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Elzanın bacısı boşanmasından danışdı - Video

Şou

14 İyul 2023 12:14 998


"8 ildir boşanmışam. Bizim vaxtımızda sevmək anlayışı yox idi. Bərabər 6-7 il olduq, amma heç 60 gün bir yerdə yaşamamışıq. Mən 25 yaşımda, o isə 26 yaşında idi. İndi bu yaşa çatmışam, deyirəm, biz elə səhv etməli idik. Ona bir insan kimi hörmət edirəm. Barışmağımız haqda heç nə deyə bilmərəm". 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan deyib. 

O, boksçu Nüşirəvan Abdullayevlə boşanma səbəblərindən söz açıb. Seyidcahan bildirib ki, evlilik dönəmində Abdullayev ona dəfələrlə əl qaldırıb:  pizza mizza

"Sözünü də ancaq boksla deyirdi. İstəmərəm ki, onun qolu zəifləsin, istəyərəm ki, hər zaman qolu güclü qalsın. Çünki yaddaşımda o elə qalıb. Onun yenidən ailə qurub-qurmayacağı haqda məlumatım yoxdur. Elə bir insan ailə qurmamalıdır. O, cəmiyyət üçün lazımlı insan və gözəl dostdur. İdman sahəsində çox böyük naliyyətləri var. Azərbaycan çempionu olub.

Nüşirəvanı sevsəm də, amma barışmaram. O, uşaqlarımın atasıdır. Aramızda soyuqluq oldu və bir müddət uşaqlarımla yaşamadım, o çətinliklərdən də keçdim. Küsüb anamın evinə gəldim, çünki artıq dözülməz idi. Uşaqlar isə həmin vaxt 11-ci sinifdə oxuyurdular. Məktəbi dəyişə bilməzdim. O çətinliklərdən də keçdim.

Onu bir daha bağışlamayacağam. Hər zaman məhkəməyə mən müraciət edirdim ki, canımı qutarım. Anamdan və bacılarımdan utanırdım. Küsüb-barışırdıq. O, məndən əvvəl məhkəməyə gəlib boşanma sənədlərini cırırdı. Ümidim var ki, nəvələrim Nüşirəvana oxşayacaq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!