Əməkdar artist Gülbahar Şükürlü vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist Gülbahar Şükürlü vəfat etdi

Mədəniyyət

05 Yanvar 2024 21:05 2139


Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişib. 

Yenisabah.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat verib. 

Gülbahar Şükürlü uzun sürən xərçəng xəstəliyindən vəfat edib.  Pepperoni pizza

Gülbahar Şükürlü 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olub.

Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olaraq təhsilini orada davam etdirib. 

16 yaşından qarmon sənəti ilə məşğul olan sənətçi uzun müddət Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova və Səkinə İsmayılova və müğənni Zöhrə Abdullayeva ilə birgə çalışıb.

1993-cü ildə Zöhrə Abdullayevanın təkidi ilə efirə çıxaraq Azərbaycan Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edib və böyük tamaşaçı kütləsinin sevgisini qazanıb. 

O, bununla da, davamlı olaraq Dövlət Televiziyasında digər verilişlərə dəvət alaraq solo çıxışlar edib. 

Yaradıcılıq dövrü ərzində Gülbahar Şükürlü 4 albomu işıq üzü görüb: "Aytac", "Rusif", "Ləman" və "İnanmaram". 

7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!