Əməkdar artistin səhhəti pisləşdi: “Komaya düşəcək vəziyyətdə...”

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistin səhhəti pisləşdi: “Komaya düşəcək vəziyyətdə...”

Şou

23 Yanvar 2024 22:50 3760


Bir neçə gün əvvəl səhhəti pisləşən əməkdar artist Gülzar Qurbanova hazırda özünü yaxşı hiss etdiyini deyib.

Yenisabah.az xəbər verir ki, 53 yaşlı aktirsa ona görə narahat olan dost və tanışlarına təşəkkür edib.

"Sizi rahatsız etdiyimə görə üzr istəyirəm, artıq yaxşıyam. Adətən mən insanları belə şeylərlə yükləməyən biriyəm. Hətta koronavirusun ən ağır mərhələsindən keçib və bir ay öncə 65.35 təzyiq ilə az qala komaya düşəcək vəziyyətdə də belə paylaşım etməmişəm. Yəqin sizə ehtiyac duymuşam deyə yazdım. Şərhlərinizi bir-bir oxudum, kövrəldiyim də oldu, sevindiyim, qürurlandığım da. "Votsap"a yazılan xoş sözlərinizə görə hər birinizə ayrı-ayrılıqda yaza bilməsəm də, hər birinizə xüsusi təşəkkür edirəm. Bu qədər həssas və təmənnasız dostlarım məni həm də həyata bağlayır, yaşamağa məcbur edir", - sənətçi bildirib. Toyuqlu pizza

Qeyd edək ki, aktrisanın bir neçə gün əvvəl sosial mediada paylaşımı narahatlıq doğurmuşdu.

"Üç gündür xəstəyəm. Bu gün gecə hərarətim 41 idi, nəfəsimi kəsdi, təcili yardım gələnə kimi. Yenə də Əzrayıl çökmüşdü sinəmə. Əjdaha ili deyil, əzrayıl ilidi...", - Gülzar Qurbanova bir neçə gün əvvəl sosial media hesabında paylaşıb.

  •  

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!