Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat etdi

Sosial

02 Aprel 2025 01:18 320


Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib.

"Şuranın İdarə Heyətinin üzvləri "Səs" qəzetinin veteran yazarı Valeh Məhərrəmlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirlər", - məlumatda bildirilir. Sezar pizza

V.Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. O, 1991-ci ildə "Səs" qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub. Onun çoxillik əməyi "Tərəqqi" medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!