Əməliyyatdan çıxan Nadir: “Ayaqqabımı geyinəndə həyat yoldaşımdan kömək istəyirdim“

saytların hazırlanması

Evə çatdırılma

Əməliyyatdan çıxan Nadir: “Ayaqqabımı geyinəndə həyat yoldaşımdan kömək istəyirdim“

Şou

14 Aprel 2022 09:56 650


Ötən günlərdə müğənni Nadir Qafarzadənin əməliyyat olunması xəbərini vermişdik.

Yenisabah.az xəbər verir ki, oxu.az-a danışan müğənni səhhətinin yaxşı olduğunu və hazırda evdə olduğunu bildirib:

“Xəstəxanada bir gün qaldım sadəcə. Elə bir ağır əməliyyat deyildi. Ailə üzvlərimdən başqa kimsə bilmirdi, demək olar ki. Fatimə xanım (Fatimə Fətəliyeva) bilirdi, o gəlmişdi yanıma”. Marqarita pizza

Müğənni “Plastik əməliyyat etdirdi”, “bədən şəkilləndirdi” kimi şərhlər bildirənlərə də öz sözünü deyib:

“Bəziləri düşünür bu, bədən şəkilləndirmədir. Xeyr, bu, bədən şəkilləndirmə deyil. Özümdə artıq bir çəki daşıyırdım və ondan azad oldum. Məni narahat edirdi, kompleks yaradırdı. Hətta ayaqqabımı geyinəndə belə həyat yoldaşımdan kömək istəyirdim. İstədiyim geyimi ürəyim istəyən kimi geyinə bilmirdim, yaxşı durmurdu”.

Müğənni efirlərdə az görünməsinin səbəbini artıq çəki alması və özündə kompleks yaratması ilə əlaqələndirdi:

“İnşallah, tezliklə efirlərə çıxaram. Çoxdandır buna görə efirlərə də çıxmırdım. Bundan sonra istədiyimi geyinəcəm artıq. Təngnəfəslik də olmayacaq. Mən dinamik insanam. İdmanla da məşğul ola bilərdim, amma artıq idmanlıq deyildi bu. Mütləq əməliyyatla çəkib çıxarılmalı idi”.

Qeyd edək ki, ifaçı ötən günlərdə liposaksiya əməliyyatı ilə qarın nahiyəsindəki artıq piylərdən xilas olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!