“Emin 444” ləqəbli kriminal avtoritetin qisasını alan şəxsin məhkəməsi oldu

saytların hazırlanması

Evə çatdırılma

“Emin 444” ləqəbli kriminal avtoritetin qisasını alan şəxsin məhkəməsi oldu

Kriminal

15 Sentyabr 2022 16:50 1313


Xalası oğlu, “Emin444” ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədi ilə Zaur Yusifovu qətlə yetirən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin məhkəmə iclası keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib. 

İlkin olaraq dindirilən şahid Əzizov Cümşüd ifadəsində bildirib ki, təqsirləndirilən şəxs onun bacısı oğludur: “Hadisəni görməmişəm. Həmin gün Lənkərandan qayıdırdım, Biləcəriyə dəydim. Bacımın gəlini zəng elədi ki, belə bir hadisə baş verib.“  pizza hut

Zərərçəkmiş şəxsin hüquqi varisi Ceyhun Yusifovun "Eminin dəfnində olmusunuzmu?" sualına şahid Ə. Cümşüd cavab olaraq “Onu mən dəfn eləmişəm”,- deyə cavab verib. 

Növbəti şahid Fətullalı Səddam ifafəsində qeyd edib ki, zərərçəkmiş şəxs onun xalası oğludur: “Onunla əlaqəm olmayıb, axırıncı dəfə müharibə vaxtı əlaqə saxlayırdıq.” 

Vəkilin “Xalanızın Eminin qisası ilə bağlı hansısa tələbi olubmu?” sualına şahid “ Elə bir danışığımız olmayıb, sadəcə, istəyirdi günahkar qanuni cəzasını alsın”,- deyə cavab verib. 

Prosesdə dindirilən növbəti şahid Fətullayev Səyyad ifadəsində təqsirləndirilən şəxsin onun xalası oğlu olduğunu deyib: “Ailəsi ilə əlaqəm yox idi. Lap əvvəllər gedib-gəlirdim. 5 il FairMont’da işlədiyimdən Samirin də 1-2 gün orada işləməsi barədə qiyabi məlumatım olub”. 

Dindirilən növbəti şahid - Əzimov İsaq Samirin onun bibisi nəvəsi olduğunu deyib: “Hadisədən bir gün qabaq yanıma gəlmişdi. Universitetdən gəldim, o gəldi, dedi telefonunu ver anamla danışım. Telefonumu aldı. İşə getdim, gözlədim gəlmədi. Başqa bir telefonum vardı, anası o nömrəmə zəng eləyib Samiri soruşdu. Özünü kənddən tanıyıram, hadisə baş verənə qədər mənimlə qalırdı. Evdə silah görməmişəm”’. O bildirib ki, telefonu Samirdə qalıb. 

Məhkəmədə təqsirləndirilən şəxs Samir Şirəliyev vəkilin “Bakıda üst-üstə nə qədər qalmısan?” sualına cavab verməkdən imtima edib. 

O, vəkilin “Evdə silahı harada gizlədirdin?” sualına “Yadımda deyil”,- deyə cavab verib.  

Bəzi şahidlər məhkəmə prosesində iştirak etməyib. 

Buna cavab olaraq zərərəçəkmiş şəxsin hüquqi nümayəndəsi Ceyhun Yusifov qətlin sifarişlə törədildiyini iddia edərək şahidlərin məhkəmədə iştirakının təmin edilməsini istəyib. 

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib. 

Qeyd edək ki, Səfərov Emin Ehtiram oğlu 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə qətlə yetirilib. Samir Şirəliyev bu ilin martın 14-də xalası oğlu Eminin cinayətində şübhəli bildiyi 1984-cü il təvəllüdlü Zaur Yusifovu Binəqədi rayonunda yerləşən “Qardaşlar” marketdə odlu silahdan atəş açaraq öldürüb. 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. 

Nəzrin CAVADZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!