İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya yollanıb.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, nazir Moskvaya gedən bir heyətə başçılıq edir.
Səfər zamanı Əmir Abdullahian vəzifədaşı Sergey Lavrov da daxil olmaqla, bir sıra Rusiya rəsmiləri ilə görüşəcək. pizza sifarişi
İkitərəfli mövzularda danışıqlardan başqa, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və s. daxil olmaqla, bölgədəki son inkişaflarla bağlı Rusiya rəsmiləri ilə məsləhətləşmələrin əsas mövzuları olacağı gözlənilir.
Bu, Əmir Abdullahianın xarici işlər naziri olaraq Rusiyaya ilk səfəridir.
Telegram kanalımız