Əmisini öldürən Laçın sakininə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Əmisini öldürən Laçın sakininə cinayət işi açıldı

Kriminal

27 Aprel 2022 14:49 763


20 aprel 2022-ci il, saat 8 radələrində Laçın rayonu, Fingə kənd sakini Əşrəf İsmayılovun almış olduğu xəsarətlər nəticəsində aprelin 26-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Laçın rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov aralarında yaranmış mübahisə zamanı dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirib. Nəticədə  sonuncu almış olduğu xəsarətlərdən qeyd edilən tarixdə xəstəxanada ölüb.

Faktla bağlı Laçın rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Dördpendirli pizza

Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!