Ən çox əməkhaqqını onlar alır - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Ən çox əməkhaqqını onlar alır - SİYAHI

İqtisadiyyat

15 Oktyabr 2025 13:24 585


2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1093,8 manat təşkil edib.

“Yeni Sabah” Valyuta.az-a istinadən xəbər verir ki, bu statistika 2024-cü ilin müvafiq dövrünə nisbətən 96,7 manat və ya 9,69% artımın olduğunu deməyə əsas verir. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 997,1 manat olub.  pizza mizza

Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!