Ən çox hansı ölkələrdə içki içirlər?

saytların hazırlanması

Evə çatdırılma

Ən çox hansı ölkələrdə içki içirlər?

Dünya

05 Sentyabr 2019 20:26 1402


Ümumdünya Səhiyyə Təşkilatı spirtli içki qəbuluna görə 30 ölkənin reytinqini tərtib edib. Birinci yeri Litva tutub.

“Yeni Sabah” xəbər verir ki, Baltikyanı ölkədə insanlar hərəyə ildə orta hesabla 15 litr spirtli içki qəbul edirlər. İkinci yerdə Çexiya, üçüncü pillədə isə Almaniya qərarlaşıb. Siyahıya Norveç və İsveçrənin adı salınmayıb.

Səhiyyə təşkilatı Avropada spirtli içki qəbulunun miqdarını azaltmaq üçün tədbirlər planı hazırlayıb. Hələlik ciddi effektdən danışmaq olmaz. Hər il Avropada 290 min insan içkinin yaratdığı fəsadlar üzündən dünyadan köçür. Hesabat müəllifləri içkinin həm də insanların əmək qabiliyyətinə böyük zərbə vurduğunu bildirir. pizza

Qeyd edək ki, ötən il də buna bənzər reytinq tərtib olunub. Onda başqa bir Baltikyanı ölkə – Estoniya irəli çıxıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!