Ən uğursuz transferlərin siyahısı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ən uğursuz transferlərin siyahısı açıqlandı

İdman

11 Yanvar 2023 16:22 962


Futbol tarixinin ən uğursuz transferlərinin siyahısı açıqlanıb.

Yenisabah.az "Goal.com"-a istinadla xəbər verir ki, birinci yerdə 2018-ci ildə İngiltərə “Liverpool”undan Kataloniya “Barcelona”sına keçən braziliyalı yarımmüdafiəçi Filip Koutinyonun keçidi qərarlaşıb. İki dəfə siyahıya düşən yeganə futbolçu “Inter”in belçikalı hücumçusu Romelu Lukakudur.

Sıralamada növbəti pillələr aşağıdakılardır: pizza hut

Felipe Koutinyo (2018-ci ildə “Liverpool”dan “Barcelona”ya, 120+40 milyon avro);

Antuan Qrizmann (2019-cu ildə “Atletico Madrid”dən “Barcelona”ya, 120 milyon avro);

Joao Feliz (2019-cu ildə “Benfica”dan “Atletico Madrid”ə, 126 milyon avro);

Usman Dembele (2017-ci ildə “Borussia Dortmund”dan “Barcelona”ya, 105 milyon avro);

Pol Poqba (2016-cı ildə “Juventus”dan “Manchester United”ə, 89,5 milyon avro);

Eden Azar (2019-cu ildə “Chelsea”dən “Real Madrid”ə, 130 milyon funt sterlinq);

Harri Maquayr (2019-cu ildə “Leicester City”dən “Manchester United”ə, 80 milyon funt-sterlinq);

Romelu Lukaku (2021-ci ildə “Inter”dən “Chelsea”yə, 97,5 milyon funt-sterlinq);

Xames Rodriges (2014-cü ildə “Monaco”dan “Real Madrid”ə, 80 milyon funt sterlinq);

Nikolas Pepe (2019-cu ildə “Lille”dən “Arsenal”a, 79 milyon funt-sterlinq);

Alvaro Morata (2017-ci ildə “Real Madrid”dən “Chelsea”yə, 60 milyon funt sterlinq);

Kepa Arrizabalaqa (2018-ci ildə “Athletic Bilbao”dan “Chelsea”yə, 72 milyon funt sterlinq);

Romelu Lukaku (2017-ci ildə “Everton”dan “Manchester United”ə, 75 milyon funt-sterlinq);

Zlatan İbrahimoviç (2009-cu ildə “Inter”dən “Barcelona”ya, 69,5 milyon avro)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!