“Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər...” - Yazıçı əsəbləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər...” - Yazıçı əsəbləşdi

Şou

13 Oktyabr 2023 14:47 96483


“O buna deyir ki, "səni yataqda tutdum", bu ona deyir ki, "mən də səni yataqda tutdum"! Nə deyəsən, bunların yeri elə yataqdır, də! 

Bunu başa düşdük, bəs, yataq adamlarının televiziyada nə işləri var? Vallah-billah, biabırçılıqdır! Bunları televiziyalara niyə buraxırlar? Niyə televiziyaları "yataq yerlərinə" çevirirlər?” 

Bu sözləri Yenisabah.az-a tanınmış yazıçı-publisist Xeyrəddin Qoca deyib. pizza

Günlərdir mətbuatda manşetə çevrilən müğənni Nüşabə Musayeva ilə xalası arasında gedən “yataq qalmaqalı”na münasibət bildirən yazıçı bunu biabırçılıq adlandırıb: 

“Televiziyaların rəhbərləri, bunları görmürsünüz, eşitmirsiniz? Sizdən başqa hamı görür, eşidir, axı! Sizin əvəzinizə başqaları utanır, başqaları xəcalət çəkir! Ayıb deyil? Məqsədiniz nədir? İnsanları onlar kimi yaşamağa çağırırsınız! Baş tutmayacaq! Millət şərəfli millətdir, millət namuslu millətdir! İçərisində əlbəttə, zir-zibil də var! Millət həmin zir-zibildən can qurtarmaq istəyir! Zir-zibili süpürüb atmaq istəyir! Amma sizlər dayanmırsınız, ölkədə nə qədər iyrəncliklər var, xalqa tərəf püskürdürsünüz! Çörəyinizi belə qazanırsınız? Bu qədər nifrətin, qarğışın, söyüşün müqabilində o çörəyi necə yeyirsiniz? Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər, əttökən hərəkətlərlə camaatın ətini tökürlər! Bütün gün belələrinə ekran verilir! Ekran sizin dədənizin, babanızındır ki?”

O, teleaparıcıları da tənqid atəşinə tutub:

“Ağızlarının sözünü danışa bilməyənlər gecə-gündüz ekranlardadırlar! Küçə adamları, gədə-güdələr bu televiziyadan çıxıb, o birinə gedirlər! Eyni sifətləri nə qədər görmək olar? Hörmətli tamaşaçılar bilmirlərsə, deyim: İndi abırlı adamlar nadir hallarda televiziyalara gəlirlər. Adam tapılmadığı üçün, daim "öz adamlarını" dəvət edirlər. Necə deyərlər, "qazanc özümüzə qalsın"! "Oxuyanlar", müğənnilər yox ha, "oxuyanlar" səviyyəsiz toylardan, səs-küydən ibarət yığıncaqlardan qazandıqları pulların bir hissəsini gətirib "tökürlər" televiziyalara! Tənqid edənlərə də deyirlər ki, "dövlət müstəqil televiziyalara pul ayırmır, bəs, televiziyanı necə saxlayaq! Saxlamayın, bağlayın, bizə belə televiziyalar lazım deyil! Daha yazmayan, deməyən qalmayıb, sizin vecinizə deyil! Ey televizionşiklər, eşidirik, deyirsiniz ki, "xoşun gəlmir, baxma". Şəxsən mən sizin eybəcər verilişlərinizin heç birinə baxmıram! Mətbuatdan oxuduqlarımdan,  eşitdiklərindən bilirəm ki, nə gündəsiniz!!!” 

X.Qocanın sözlərinə görə, telekanallarda olan şou xarakterli verilişlər uğursuzdur: 

“Biz televiziyalarda işıqlı adamları görmək istəyirik ki, gözümüz sevinsin! "Şou biznes" dediyiniz verilişlərə çıxardıqlarınızın heç birinin şoudan-filandan xəbərləri yoxdur! Yalnız bir məqsədləri var, özlərini göstərsinlər, toy tutsunlar, özləri kimilərindən pul qazansınlar! Biz axı, başqa ölkələrin də şou verilişlərinə baxırıq. Hər verilişin bir məqsədi, ideyası olur. Şou verilişləri lağlağı etmək, hır-hır hırıldayıb bir-birinə söz atmaq üçün deyil, axı! 

Televiziyalar evlənmək, boşanmaq yeridir? Kişi arvadından şikayət edir, arvadı ərindən! Məncə, arvadından şikayət edən, onun eyiblərini bütün ölkəyə bildirən kişi "kişi", ərini ekranlarda rüsvay edən qadın da "qadın" deyil! Bir də onların ailə məsələlərinin tamaşaçılara nə dəxli var? Aparıcılar və "ekspert" dedikləri də özlərini müstəntiq kimi, hakim kimi aparırlar! Hansı ki, onların bəzilərinin heç ailəsi də yoxdur, tamaşaçılara "ailə dərsi" verirlər! Utanıb-qızarmırlar da! 

Verilişlərin çoxunun mövzusu qardaş ölkədən götürülür, şit, bayağı şəkildə Azərbaycan tamaşaçılarına təqdim olunur. Elə verilişlər var ki, musiqisini də qardaş ölkədən götürürlər.  

Aparıcıların Azərbaycan dilində səlis, mənalı, məzmunlu danışa bilməmələri də biabırçılıqdır! 

Yüngül xasiyyətli, ətli-canlı qadınların televiziyalarda ortalığa düşüb əzalarını tərpədə-tərpədə oynamaları lap biabırçılıqdır! Hansı birini deyək?” 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Müseyib
    Belərinə göre heç kim televizora baxmır. Ət tökən verlişlər və efirə yaraşmayan hərəkətlər edilər.
    3 years ago
  • Gunay
    Ay ne gozel yazmisiz. Illerdi ureyimde yiqilanlari dediz. Allah sizden razi olsun. Televizora baxdiqim yadima gelmir. Bsxandada et tokurem ona gore butun xeberleri xeber saytlarınden oxuyuram.
    3 years ago
  • Kamal
    "Bakının mavi gecələri, Azərbaycan xalqı kef edir"...
    3 years ago
  • POLAD
    TAMAMİLƏ DÜZ DEYİRSİZ HÖRMƏTLİ YAZIÇIMIZ DÜŞÜBLƏR ORTALIĞA ŞİT ŞİT BİYABIRÇI BİYABIRÇI VERİLİŞLƏR APARIRLAR HALALDI SİZƏ TAM DOĞRU DEYİRSİZ
    3 years ago
  • Rufane
    Duzgun yanasmadir..lakin efire baxmayanlar olasada baxanlar daha coxdur..ona gorede hec bir soze qinaga reaksiya vermirler oz bildikleri yoldan davam edirler.baxmayin ..ozleri yox olacaqlar
    3 years ago
  • Nuranə
    Düz deyir bizəd heç öz kanallarımıza baxmırıq biyabırçılqdı uşaqlar nə görüb götürəcəklər hara gedir bu millətin axrı
    3 years ago
  • Abdullazade
    İnanin and olsun ki eziz caniniza evde bizde antenani leğv etmişem bularin elinden.ancag yotube deyirəm lazim olana açin baxin bağliyin. Bu xalqin ruhu başqadi ay abrsizlar.Bağlansin!!!!
    3 years ago
  • Elesger
    Blok elemeyin 40 azn cerime ve 3 ball axi bura Azerbaycandirr,ciceklen dolma Azerbaycan
    3 years ago
  • Zulfiyyə
    Hörmətli yazıçımız. Dedikləriniz dogru. Biz də baxmırıq sizin kimi. Yəqin televiziyalara cavabdeh şəxslər də baxmir. Baxsaydılar vəziyyət bu yerə gəlib çıxmazDı
    3 years ago
  • Elman
    Duz deyir emelli basli biyabirciliqdi.Usaqlar bilmir televizorda hara baxsin(
    3 years ago
  • ArAz
    Temamile raziyam,biabirciliqdi.Utanmaq yox,daniwiq yox....????
    3 years ago
  • islam
    Hesret galmisig Azeri kolifey musigilerine tamasalara filmlerine ancag oz bedenlerin reklam edirler mugenniler Zaurlar Xosgedem bir 5 nefer zebt edib butun televiziyani biyabirci verlislerle yaltaglig terbiyesizlikdi ancag genc nesil ne ibret alsin bunlardan.Televizoru aylarla yandirmirig bunlarin elinden .Zaur Qunay olsun ancag et tokucu sozlerden basga hecne bilmirler
    3 years ago
  • Durdanə
    Təmamilə doğru yazmisiz inanin Azərbaycanda son illər gənclər ziyalilar televizorlara baxmiriq niyə Azərbaycan telekanallari 5-6 aparicilar tərəfindən zəbt olunub. Nə qədər bosanma hadisələrini isiqlandirirsiz belə olmaz hardadi elmi kutləvi verlislər agsaqqal sözu mentalitet nə bilim elə bil dunyanin sonudur.
    3 years ago
  • Zinyət
    Çox sağolun bu deyilənlərə görə.Çox ürəyimizdən oldu
    3 years ago
  • Rafiq
    Duz deyir də. Bağlansın bu verlişlər. Kimə lazımdı bunların ailə prablemi. Tərbiyəsizlər. Hər seyi açıb tökürlər evirdə.
    3 years ago
  • Ruhid
    bağğlansın bu gic verlişlər kim kimnən yatdı durdu qaçdı bəsdirində 90faiz adam bağlanmaqnı istəyir bu verlişləri.
    3 years ago
  • Evez
    Çox doğru söylədiniz. Əhsən. Biabırçılıqdı....
    3 years ago
  • Xoşbəxt
    Baxan var ki bu tip verilişlər də ekranları zəbt edib. Bu kimi verilişlərin ucbatından 2 ildir tv ni açmıram.amna nə edəsən ki baxmasan da xəbər saytlarında da mərifətli iş kimi aylarla müzakirəsi gedir və baxmış kimi olursan. Hər 1 halda toplum olaraq baxılması reytinq də qazanmaz
    3 years ago
  • Beyler
    Kisi hec vaxt heyat yoldasini sebeke sosialda paylasmaz
    3 years ago
  • Arif
    Allah dədənə rəhmət eləsin
    3 years ago
  • Ferid
    Menim dostum 5 6 il bundan qabaq deniwdi ki men bizim kanallari baglamiwam baxmiram evde aile uwaq var men meettel qalmiwdim ki ele wey olar indi ozum artiq 2 ildi baglamiwam baxmiram beli sualima ozum cavab tapdim olarmiw...
    3 years ago
  • İlham
    insan alverindən başqa bir şey deyil
    3 years ago
  • Mətanət
    Çox gözəl dediniz. Əhsən sizə. Ağzınıza sağlıq
    3 years ago
  • Nizamı
    Şair çox düz deyir. Belə verilişlər verməkdənsə bu kanallar bağlanmalıdır.
    3 years ago
  • Xeyale
    Ele hami deyir asib kesir amma bir emel eden yoxdu. Tedbir goren bir ceki duzen veren yoxdu nedense
    3 years ago
  • Afet
    Allah sizden razi olsun.Amin
    3 years ago
  • Toğrul
    Allah sizin ölənlərinizi rəhmət etsin hörmətli ziyalı.
    3 years ago
  • Чингиз
    Zaur Bəxşəliyev,Xoşqədəm konkret televizorların qovulmalıdırlar.
    3 years ago
  • Namik
    Doqru deyirsiniz. Bele verlishleri tamamilr baqlamaq lazimdir.
    3 years ago
  • BKM
    "Bakının mavi gecələri, Azərbaycan xalqı kef edir"...
    3 years ago
  • Əsgər
    Tamamilə doğru deyir, öz ailəsini idarə edə bilməyənlər çıxıb efirdə millətə əxlaq dərsi keçirlər. Tam biabırçılıqdır.
    3 years ago
  • Elnur
    Allah sizdən razı olsun Allah sizə ömur versin. Halaldır deyə bilmədiklərimizi siz deyirsiz halaldır sizə.. Mən 5 ildən çoxdur ki, baxmıram Telekanala baxmaramda.
    3 years ago
  • Mirəli Əliev
    Axırki,bir kişi tapildi,kimsə bunu deməli idi.Butun tele kanallarda çox səviyyəsiz(aparicilar tərəfindən)şit verilişlərə yer verilir.Muharibədən qalıb çıxan xalqa göstərməyə adamlar və xoş ovqat yaradan söhbətlər aparmağa mənəvi haqqı olanlar, məşhur musiq-mugam ustadların ifaları, təhsilin vəziyyəti,təqaüddə olan yaşli nəslin nümayəndələrinin həyat bilgiləri və s.niyə görünmür.Elə bil hər gün uşaq başi aldadırlar.Ona görədə insanlar məcburən yad kanallarda nəsə axtarırlar.
    3 years ago
  • Yaşar
    Məncə o aparıcıların güclü arxası var. Kiməsə arxayın olub səviyyəsizlik nümayiş etdirirlər.
    3 years ago
  • Emin
    Təşəkkurlər, hörmətli ziyalı...
    3 years ago
  • Yadigar
    Həqiqətən də biabırçılıqdır Bütün kanalları boş boşuna zəbt ediblər özləri üçün şou yaradıblar nəyi istəyirlərsə onuda edirlər bura hər bir şey daxildi oturuşu danışığı hərəkəti efir mədəniyyəti demək olar ki sıfırdı
    3 years ago
  • Maarif
    Yazıçımız düz deyir, bir ay Azərbaycanda qonağ idim.Baxılası bir şey görmədim. Ona görə yuotuba baxmalı oldum.100%yazıçının dedikləri ilə razıyam!
    3 years ago
  • ELEKBER
    Halal olsun gözəl insan heç olmasa bir ziyalımız bu iyrənclikləri dilə gətirdi o birisi ziyalılarımızda danışsa bəlkə bunların qarşısı alındı
    3 years ago
  • Hüseyn
    Allah razı olsun sizdən, axir ki, telemekandakı bu iyrəncliklərdən hamimiz bezmişik, seviyyəsiz bayağı və şit kanallarımıždan
    3 years ago
  • Bayram Hacibalayev
    Duz deyirde ele efir ele verlis olur arsizlar
    3 years ago
  • Türkloğlu
    Ay ölənlərinizə rəhmət olsun Xeyrəddin m nə əxlaq nə,mədədəniyyət yox belə verlişlərdə biabrçılıq və faciədir.
    3 years ago
  • Elton
    Günah onları efirə buraxıb millətin tərbiyəsini əxlaqını pozanlardadi. Pozğun onsuzda pozgundur. Onu iştimayetlendirende.
    3 years ago
  • Elton
    Günah onları efirə buraxıb millətin tərbiyəsini əxlaqını pozanlardadi. Pozğun onsuzda pozgundur. Onu iştimayetlendirende.
    3 years ago