Bu gün futbol tarixinin 2 məşhur siması - Lionel Messi və Kriştiano Ronaldo üz-üzə gələcəklər.
Yenisabah.az xəbər verir ki, Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında “Əl-Nəsr” və “Əl-Hilal”ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşü keçiriləcək. Messi PSJ-nin, Ronaldo isə "Əl-Nəsrin futbolçusu olaraq seçmə komandanın tərkibində meydana çıxacaq. Ər-Riyaddakı “Kral Fəhd” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu görüş üçün PSJ 10 milyon avrodan çox gəlir əldə edəcəyi bildirilir. pizza sifarişi
35 yaşlı hücumçu ilə 37 yaşlı forvard son dəfə 771 gün əvvəl qarşılaşacaqlar. 2020-ci il dekabrın 8-də Messi“Barselona”nın, Ronaldo isə “Yuventus”un formasını geyinib. Həmin oyunda “Yuventus” 3:0 hesablı səfər qələbəsi qazanıb.
Telegram kanalımız