Ərazi itirmək müqabilində NATO-ya üzvlük - Ukraynaya Qərbdən təklif

saytların hazırlanması

Evə çatdırılma

Ərazi itirmək müqabilində NATO-ya üzvlük - Ukraynaya Qərbdən təklif

Dünya

08 Oktyabr 2024 13:46 513


Kiyev və onun qərbli müttəfiqləri tədricən anlayırlar ki, Ukrayna Rusiya ilə danışıqlara başlamalı və NATO-ya daxil olmaq müqabilində Rusiya Federasiyasının nəfinə öz ərazilərindən imtina etməlidir.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Financial Times"ın (FT) baş məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Vaşinqtonda və bəzi Qərb paytaxtlarında, eləcə də Kiyevdə əhval-ruhiyyə dəyişir:  pizza hut

“Ümid edə biləcəyiniz ən yaxşı şeyin ölkənin əksər hissəsini toxunulmaz qoyan danışıqlar yolu ilə nizamlanma olduğunu qəbul etməkdir. Bununla belə, Kiyev belə təvazökar məqsədə nail olmaq üçün kifayət qədər dəstək almır.

Qapalı qapılar arxasında Moskvaya Rusiya Silahlı Qüvvələrinin işğalı altında olan ərazilərdən imtina barədə razılaşmadan söhbət gedir. Ukrayna NATO-ya daxil olacaq və bu, Kiyevə təhlükəsizlik zəmanəti verəcək. Bundan əvvəl Alyansın keçmiş baş katibi Yens Stoltenberq FT-yə müsahibəsində bu ehtimala eyham vurmuşdu".

Britaniya qəzetinin fikrincə, Moskva indi oxşar nəticə ilə bitə biləcək dialoqa az maraq göstərir. Kiyevin danışıqlarda mövqelərini gücləndirmək üçün ABŞ və Aİ Kiyevə hərbi və diplomatik dəstəyi əhəmiyyətli dərəcədə artırmaq təklif edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!