Bu gün Moskvada baş tutan “MAKS-2019” Beynəlxalq Aerokosmik sərginin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə iştirak edib.
“Yeni Sabah” “Milliyet”-ə istinadən xəbər verir ki, açılışda çıxış edən Ərdoğan “Açılışda iştirak etdiyim üçün çox məmnunam. Xüsusi dəvət üçün cənab Putinə təşəkkürümü bildirirəm. “MAKS-2019”-u bu sahədə lider sərgilərdən biri kimi görürəm. Eynilə bizdə də “TEKNOFEST” sərgisi var. Bütün Rus xalqını, xüsusən cənab Putini festivala dəvət etmək istəyirəm. Müdafiə və Aviasiya mövzusunda biz də söz sahibi olacağıq" – deyə bildirib.
Həmçinin Türkiyə Prezidenti iki ölkə arasındakı ticarət həcminin hədəfinin 100 milyard dollar olduğunu da qeyd edib. Pepperoni pizza
Qeyd edək ki, günün sonunda Ərdoğan və Putin Jukovski Beynəlxalq Hava Limanında görüşəcək və birgə mətbuat konfransı keçirəcəklər.
Telegram kanalımız